İspaniyada neftkimya zavodunda güclü partlayış baş verdi - VİDEO

03:20 15-01-2020 443

İspaniyanın Tarraqona vilayətində neftkimya zavodunda güclü partlayış baş verib.

“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb.

Partlayışdan sonra yaranan yanğın bir neçə kilometrlikdən görsənir.

Hadisə yerində yanğınsöndürənlər və xilasedici xidmətlər işləyir.