Abşeronda avtomobilin vurduğu piyada ağır xəsarət aldı

05:00 15-01-2020 351

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Qobu qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçən 1996-ci il təvəllüdlü Ağayev Emin İlham oğlunu vurub.

Hadisəni törədən sürücü yaralını 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli