Məşhur modeldən gözlənilməz addım

11:00 15-01-2020 136

Amerikalı məşhur model Gigi Hadid 80-dən artıq qadına cinsi istismar etməkdə ittiham olunan kinoprodüsser Harvi Vaynşteynə qarşı məhkəmə prosesinin potensial münsiflərindən biri olub.

“Milliyyət” xəbər verir ki, Gigi ilə birlikdə ümumilikdə 120 nəfər məhkəmə prosesində münsiflər heyətinin tərkibində yer almağa namizəd seçilib.

Məşhur model bildirib ki, həqiqətlər barəsində açıq fikirlidir.

Məlumatlarda Gigi Hadidin münsiflər heyətinə üzv ola bilmək üçün müraciət etdiyi, bununla bağlı müsahibədə iştirak etdiyi və cinayətkarın psixologiyası ilə bağlı təhsilinin olduğu qeyd edilir.