Ebru Gündeş 25 milyonluq qalmaqallı villasından köçür - FOTO

16:00 15-01-2020 20

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin 25 milyon TL dəyərindəki (yeddi milyon manat) malikanəsindən köçdüyü barədə məlumatlar yayılıb.

HerGun.Az xəbər verir ki, türkiyəli ulduz Kanlıcada uzun illər yaşadığı dəbdəbəli malikanəsindən köçür.

O, Kanal D-də yayımlanan “2-ci səhifə” maqazin proqramında bildirib ki, doqquz yaşlı qızı Alara ilə boğaz mənzərəli villada yaşayan Gündeş İstanbulun başqa bir səmtinə köçəcək.

Qeyd edək ki, bu villaya görə müğənni bir neçə dəfə məhkəməyə verilib. Belə ki, əkiz villalara əlavə lift qoydurub birləşdirdiyinə görə Ebru Gündeş məhkəməlik olub.

Mədəniyyət abidəsi sayılan villaya zərər verdiyinə görə müğənniyə altı aydan üç ilədək həbs cəzası tələb edilib. Lakin məhkəmədə iddiaya xitam verilib. Bu işə imza atan memar Hakkı Sühaya isə bir il səkkiz ayadək həbs cəzası kəsilib.

Ebru Gündeş villanı bir neçə dəfə satışa çıxarsa da, tarixi bina alıcı tapmayıb.

Rəşad Əliyev