Şəkil çəkdirmək üçün özünü qatar yoluna atdı - VİDEO

17:40 15-01-2020 28

Rusiyanın paytaxtı Moskvada gənc şəkil çəkib sosial şəbəkədə paylaşmaq üçün qatar gəldiyi vaxt özünü relslərin üstünə atıb.

Bu barədə Vesti.ru xəbər yayıb.

Bildirilir ki, 23 yaşlı əcnəbi içkili vəziyyətdə olub.

Kadrlardan görünür ki, maşinist son anda qatarı sərnişinin qarşısında saxlaya bilib. Sonra polislər onun platformaya çıxmasına kömək edirlər.

Gənc saxlanılıb və beş gün müddətinə azadlıqdan məhrum olunub.