İsrail HƏMAS-ın obyektlərinə raket zərbələri endirdi

02:40 16-01-2020 362

Cari ilin yanvarın 15-i İsrailin HHQ-ri HƏMAS-ın Qəza zolağında yerləşən obyektlərinə raket zərbələri endirib.

“Reuters” xəbər verir ki, bundan bir neçə saat öncə Qəzzadan İsrail istiqamətində 4 raket buraxılıb.

İsrail tərəfinin yaydığı məlumata əsasən, raketlərdən ikisi “Dəmir Gümbəz” sistemi ilə zərərsizləşdirilib, 2 isə - insanların yaşamadığı əraziyə düşüb.

Cavab olaraq İsrail HƏMAS-ın bir sıra obyektlərinə, o cümlədən silah istehsalı zavoduna raket zərbələri endirib.