Qadın ölmüş insana ərə getmək üçün məhkəməyə müraciət etdi

05:00 16-01-2020 372

Sankt-Peterburq sakini Yelena Panina ölmüş insana ərə getmək niyyətindədir.

“Fontanka” xəbər verir ki, bunun üçün qadın məhkəməyə müraciət edib.

Ölümündən 3 gün öncə 54-yaşlı Vladimir Şanin Yelenaya üzük hədiyyə edərək izdivac tarixini müəyyən edib.

Lakin bəlli səbəblərə görə mərasim baş tutmayıb.

İndi isə qadın məhkəmə vasitəsi ilə planlaşdırılmış evliliyi qeydiyyatdan keçirmək istəyir.

Beləliklə, Y.Panina mərhumun mirasına iddia etmək hüququna malik olacaq.