7850 manat ilkin və 323 manat aylıq ödənişlə mənzilə sahib olun - FOTO/VİDEO

10:00 16-01-2020 468

Fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlu layihələri ilə tanınmış Bakıxanov Rezidens Komplekslər Qrupu indi də Bakıxanov qəsəbəsində tam fərqli bir müasir yaşayış kompleksini inşasını davam edir.

On binadan ibarət olan Brillians Rezidens 2 yaşayış kompleksində 1, 2, 3 və 4 otaqlı 588 mənzilin inşası nəzərdə tutulub. Hal-hazırda kompleksdə dörd binanın tikintisi başa çatıb, digərlərində tikinti işlərinin 50 faizindən artığı görülüb.

Dördbucaq formasında düzüləcək binaların ortasında 5000 m2 sahəyə malik həyətdə sakinlər üçün uşaq əyləncə guşəsi, skamyalar və çardaqlar olan fərdi parkın salınması planlaşdırılıb. Bunlarla yanaşı burada müxtəlif tədbirlərinin keçirilməsi üçün 70-100 nəfərlik zal gələcək sakinlərin ixtiyarına veriləcək. Kompleksin ərazisində idman-sağlamlıq mərkəzi də layihələndirilib. Birinci mərtəbələrdə ticarət və iaşə obyektlərinin yerləşəcəyi nəzərdə tutulub.

Şirkətin digər layihələrində olduğu kimi, yeni layihədə də videomüşahidə vasitəsilə 24 saatlıq mühafizə təşkil olunacaq. Fərdi su anbarı sayəsində sakinlər daimi su təchizatından yararlana biləcəklər. Liftlərin daim işləməsi, onlara mütəmadi olaraq texniki xidmət göstərilməsi, ərazinin, blokların və pilləkən qəfəsələrinin təmizliyi və işıqlandırılması da kompleks təhvil verildikdən sonra şirkət tərəfindən təmin olunacaq.

Brillians Rezidens 2 layihəsinin digər özəlliyi – münasib qiymətlər və ödəniş şərtləridir. Mənzilləri nağd ödənişlə yanaşı qırx aylıq faizsiz daxili kredit və 20 illik ipoteka vasitəsilə əldə etmək mümkündür. İndi bu kompleksdə bir otaqlı mənzilə sahib olmaq üçün 7850 manat ilkin ödəniş etmək kifayətdir. Aylıq ödəniş bu halda cəmi 323 manat təşkil edəcək.

Mənzillərin mövcudluğu, qiyməti, daxili kredit və ipoteka ödənişləri barədə məlumatı http://brillians2.rezidens.az/brillians2 linkindən əldə etmək mümkündür.

Şirkət barədə məlumat:

Bakıxanov Rezidens Komplekslər Qrupu – özünü daşınmaz əmlak bazarında müsbət tərəfdən tanıtmış müvəffəqiyyətlə inkişaf edən tikinti şirkətidir. Əsas prinsipi – yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli evlər tikməkdir. Şirkət, davamlı inkişafını bütün fəaliyyət sahələrinin inkişafı, qurulmuş dəqiq strategiyaya riayət etməklə tikinti işlərinin həcminin artması və əlaqələrin genişləndirilməsi sayəsində yeni mövqelərə yüksəlməkdə görür.

Bakıxanov Rezidens Komplekslər Qrupu

Ünvan: Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç., 19/2

Tel.: *9211, (050/055/070) 292 11 11

www.rezidens.az