Qulam İsaqzayi: Bəzi məsələləri BMT özü tam mənada icra edə bilməz

11:00 16-01-2020 375

Azərbaycan iqlim dəyişikliyinə görə daha güclü sistem qura bilər. 

HerGun.Az xəbər verir ki, bunu BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsaqzayi Strateji Prioritetləşdirmə Seminarında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan ətraf mühitə güclü təsir edən ölkə deyil:

“Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil, amma istərdik ki, Azərbaycan iqlim dəyişikliyinə görə daha güclü sistem qura bilsin. Hökumət qurumlarının bacarıqlarının artırılması bu istiqamətdə vacib məqamlardan biridir”. 

Q.İsaqzayi onu da əlavə edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmağı əsas hədəf kimi qarşısına qoyub:

“BMT Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində çalışır. Azərbaycan qarşıdakı məqsədləri icra etmək istəyirsə, 2030-cu ilə olan gündəliyə öz təkliflərini verməlidir. Bu, tarixdə görülməmiş gündəlikdir. İqlim dəyişikliyi, bərabərliyin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması məsələsini BMT özü tam mənada icra edə bilməz”.

Könül Cəfərli