Pəncərədən çılpaq yıxılıb yaddaşını itirən fotomodel həqiqəti açıqladı - FOTO

15:40 16-01-2020 498

Binadan çılpaq vəzhiyyətdə yıxıldıqdan sonra yaddaşını itirən məşhur fotomodel Kseniya Puntus artıq artıq özünə gəlib.

Bu barədə “Baza” “Teleqram” kanalı məlumat yayıb.

Bildirilib ki, müstəntiqlər hadisə baş verən mənzildə Puntus və onun sevgilisi Andrey Bakovla görüşüblər. Model məşhur rusiyalı rejissor Mixalkovun nəvəsi ilə təxminən ay yarımdır görüşdüyünü bildirilib.

Fotomodelin sözlərinə görə, o, pəncərənin kənarında noutbuk, yaxud da “iPad”i ilə oturmağı sevir. Həmin gün o içkili olub və yenə pəncərənin kənarında oturub. Lakin ayağı sürüşüb və yıxılıb. Andrey Bakov isə həmin vaxt yatırmış.

Mixalkovun nəvəsi də Puntusun yıxıldığı barədə qapını döyən sahə polisindən öyrəndiyini bildirib.

Xatırladaq ki, məşhur fotomodeli ağır vəziyyətdə binanın qapıçısı aşkarlayıb və dərhal təcili yardıma xəbər verib. Tibb işçilərinin sözlərinə görə, qızın bütün daxili orqanları əzilibmiş, həkimlər onun sınmış sümüklərini hissə-hissə yığıblar. O, həmçinin, kəllə-beyin travması almışdı. Bu səbəbdən yaddaşını itirmişdi.