İsrail Qəzza zolağına zərbələr endirdi

06:00 10-02-2020 378

İsrail ordusu “Həmas”ın Qəzza zolağında yerləşən mövqelərinə raket zərbələri endirib.

İsrailin Müdafiə Nazirliyi xəbər verir ki, bundan öncə Qəzzadan İsrailə raket buraxılıb.

“Biz buna cavab olaraq “Həmas”ın Qəzzadakı bir sıra hərbi postlarına zərbələr endirmişik. Biz Qəzzadan həyata keçirilən bütün terror aktlarında “Həmas”ı günahlandırırıq”, - məlumatda deyilir.

Qeyd etmək lazımdır ki, Qəzzadan raket İsrailin Sderot şəhəri istiqamətində buraxılıb.