“Oskar-2020” mərasimində ən uğurlu obrazda olan ulduzlar - FOTO

11:00 10-02-2020 106

Los-Ancelesin “Dolbi” teatrında keçirilən Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi başa çatıb.

Ancaq ulduz qonaqların “qırmızı xalı”dakı görünüşləri ehtimal ki, hələ uzun müddət müzakirə olunacaq. Onların bir çoxu cazibədar görünüşləri ilə diqqət cəlb ediblər.

“Cosmopolitan” “Oskar-2020” mərasimində “qırmızı xalı”da ən yaxşı görünən Hollivud ulduzlarını seçib. Ən zövqlü ulduzlar siyahısının ilk onluğunda Rene Zellveqer, Sirşa Ronan, Şarliz Teron, Janel Mone, Natali Portman, Bri Larson, Penelopa Krus, Skarlett Yohansson, Katrina Balf və Redjina Kinqin adı var.