Avro-2020-nin Bakıdakı oyunları üçün nə qədər onlayn bilet alınıb? - RƏSMİ

16:40 10-02-2020 569

Avro-2020-nin Bakıda keçiriləcək dörd oyunu üçün bilet satışının son rəsmi statistikası açıqlanıb.

HerGun.Az xəbər verir ki, 125, 75 və 30 avro qiymətə olan üç kateqoriyalı biletlər onlayn şəkildə satışdadır.

Mart ayından etibarən isə biletlərin kassalarda satılması nəzərdə tutulub.

İndiyədək Bakıdakı qarşılaşmalara 118 840 bilet satılıb. Satılan biletlərdən 19 059-u Uels - İsveçrə, 32 mini Türkiyə - Uels, 30 147-si İsveçrə - Türkiyə, 37 634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə səkkiz mini iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulub.

Bakıda fan zona bu dəfə fərqli yerdə olacaq. Belə zona Ağşəhər bulvarında yerləşəcək.

Qeyd edək ki, Avro-2020-də Bakı Olimpiya Stadionunda dörd oyun olacaq. İyunun 13-də A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları, eyni zamanda, 1/4 final mərhələsinin bir oyunu keçiriləcək.

Səbuhi Musayev