ABŞ qoşunlarını İraqdan çıxarır

17:40 10-02-2020 348

ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayır.

“Əl Arabiya” kanalı İraq parlamentinin deputatı Əli əl-Qənimiyə istinadən xəbər verir ki, ABŞ qoşunları İraqdakı 15 hərbi bazanı artıq tərk etməyə başlayıb.

Hazırda ABŞ silahlı qüvvələrini yalnız İraqın şimalındakı Ərbil şəhərinin yaxınlığında və Bağdaddan 180 kilometr qərbdə Anbar əyalətindəki Ayn əl-Əsəd aviabazasında saxlayır.

Lakin İraq parlamenti ABŞ qoşunlarının bütün bazalardan çıxarılmasını tələb edir.