Bill Geyts 645 milyon dollarlıq ekoloji yaxta aldı

06:00 11-02-2020 23

“Microsoft” şirkətinin təsisçilərindən biri Bill Geyts 645 milyon ABŞ dolları qiyməti olan yaxtanın sahibi olub.

“The Guardian” xəbər verir ki, gəmi maye hidrogenlə çalışır və bu səbəbdən dayanmadan 6,5 min kilometr gedə bilir.

Maye hidrogen —423 °F dərəcəsində iki rezervuarda saxlanılır və onun yeganə tullantısı sudur.

Uzunluğu 113 metr olan 14 nəfərlik “Aqua” yaxtası futuristik üslubda hazırlanıb və beş göyərtədən ibarətdir.

Gəmidə yoqa otağı, masaj kabineti, idman zalı, həmçinin kaskad hovuz mövcuddur.