Enrike İqlesias üçüncü övlad atası oldu
13:20 11-02-2020 485
Məhşur ispan mügənnisi Enrike İqlesias yenidən ata olub.
Bu barədə mügənninin kiçik qardaşı “Daily Mail”ə danışıb.
Xəbərdə bildirilir ki, E.İqlesias və həyat yoldaşı - keçmiş rus tennisçi Anna Kurnikova üçüncu övlada sahib olublar.
Lakin uşağın cinsi hələ mediaya açıqlanmayıb.
Xatırladaq ki, E.İqlesias və Kurnikova 2001-ci ildə “Escape” mahnısına klipinin çəkilişi zamanı tanış olub, 2002-ci ildən görüşməyə başlayıblar.
Onların iki yaş iki aylıq olan Nikolas adlı oğlan və Lusi adlı qız əkizləri var.