Xəyanətə görə arvadını baltalayıb intihara cəhd etdi

18:40 11-02-2020 345

Rusiyanın Çelyabinsk vilayətinin Miass şəhərində ər arvadını baltalayıb.

News-r.ru-nun xəbərinə görə, 29 yaşlı qaynaqçı arvadına balta ilə zərbə endirərək onu xəstəxanalıq edib.

Arvadının ona xəyanət etməsindən şübhələnən həmin şəxs narkotik maddə qəbul edərək arvadını balta ilə vurub.

Daha sonra onun huşsuz vəziyyətdə yerə yıxılmasını görərərək qorxub və qaçaraq qohumlarının evinə gedib. Qadın hadisə yerinə çağırılan tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Bundan sonra kişi intihara cəhd edib.

Onun barəsində “adam öldürməyə cəhd”lə bağlı cinayət işi başlanıb və həmin şəxs tutularaq psixonevroloji dispanserə göndərilib.