Sevgilisi ilə birlikdə nisyə qatil tutub həyat yoldaşını öldürtdü - FOTO

23:40 11-02-2020 428

Sevgilisi ilə birlikdə qatil tutub həyat yoldaşını öldürtdü.

Qorxunc hadisə Türkiyənin Muğla vilayətində baş verib. Bu barədə “tv100” xəbər yayıb.

Bildirilib ki, 60 yaşlı Həsən Balaban evinin qarşısında öldürülüb. Hadisə ilə bağlı tədqiqatlara başlayan jandarma şahid ifadələri əsasında qətldən sonra Aydın vilayətinə aid dövlət qeydiyyat nişanlı avtomobilin ərazidən sürətlə uzaqlaşdığını öyrənib. Ətrafdakı təhlükəsizlik kameralarının görüntülərini araşdıran əməliyyatçılar maşının Özgür Arslan adlı şəxs tərəfindən icarə edildiyini müəyyənləşdirib. 

Özgür Arslan ifadəsində avtomonili Bekir Koyuncu üçün icarələdiyini deyib.

Koyuncunun evində əməliyyat keçirilib və o, saxlanılıb. İlkin ifadəsində Koyuncu qətli 250 min lirə (71 min AZN) qarşılığında həyata keçirdiyini deyib. O bildirib ki, qətli sifariş verən Hasan Balabanın həyat yoldaşı Ebru Balaban və onun sevgilisi Akın Kulakçıdır. Həmçinin o da məlum olub ki, qətl nisyə həyata keçirilib. Sevgililər Hasan Balabanın varidatını ələ keçirib satdıqdan sonra pulu ödəyəcəkmişlər.

Koyuncunun ifadəsindən sonra Aydında yaşadıqları müəyyənləşdirilən sevgililər də həbs edilib.

Jandarma müəyyən edib ki, Hasan Balaban doqquz ay əvvəl evdən gedən həyat yoldaşı Ebru Balabandan boşanmaq üçün yaxınlarda məhkəməyə müraciət edib. Onun ümumi dəyəri 3 milyon lirədən (857 min AZN) çox olan kafesi, dəniz kənarında torpaq sahəsi və qayığı olub.