“Diamond Princess” gəmisində koronavirusa yoluxanların sayı 175 nəfərə çatıb

05:20 12-02-2020 91

Koronavirus səbəbindən “Diamond Princess” kruiz gəmisi Yaponiyanın Yokohama limanında durmaqda davam edir.

“TASS” xəbər verir ki, gəmidə virusa yoluxanların sayı 175 nəfərə çatıb.

Qeyd etmək lazımdır ki, daha 34 sərnişin və bir karantin xidməti əməkdaşı koronavirusa yoluxub.

Xatırladaq ki, hal-hazırda gəmidə 3,7 min sərnişin var.