“Titanik”də tapılan ən bahalı əşyanı ABŞ-da nümayiş etdirdilər

07:20 12-02-2020 317

ABŞ-ın Brenson şəhərində (Missuri ştatı) yerləşən “Titanic Museum Attraction” muzeyində batmış “Titanik” gəmisində tapılan skripkanı nümayiş etdiriblər.

“Ozarksfirst” xəbər verir ki, bu skripka 1912-ci ildə “Titanik”də həlak olan britaniyalı musiqiçi Uolles Hartlinin skripkasıdır.

Musiqi aləti auksiyonda 1,7 milyon dollara satılmışdı.

Bu “Titanik”dən tapılan hansısa bir əşyaya görə verilən ən böyük məbləğ olub.