Sərnişin təyyarəsini ildırıma tuş gəldi – VİDEO

08:00 12-02-2020 591

Böyük Britaniya səmalarında uçan sərnişin təyyarəsini ildırım vurub.

“Daily Mail” xəbər verir ki, bu hadisə müşahidə kameralarına yansıyıb.

Kadrlarda ildırım dəyəndən sonra təyyarədən qığılcımların çıxdığını görmək olar.

Qeyd etmək lazımdır ki, Birminqemdən Dublinə uçan təyyarə uğurlu eniş edə bilib.