Qadınlara hücum edən manyak tutuldu - FOTO

18:00 12-02-2020 429

Rusiyanın Xabarovsk əyalətində qadınlara bıçaqla hücum edən şəxs tutulub.

“Vesti.ru”nun xəbərinə görə, 43 yaşlı kişinin fotorobotu iki zərərçəkmiş qadının köməkliyi ilə tərtib edilib.

Xəbərdə bildirilir ki, həmin şəxs bölgədə yaşayan iki qadına bıçaqla hücum edərək onları ağır yaralayıb.

Cinayətkar saxlanılan zaman hüquq-mühafizə orqanlarına müqavimət göstərməyib və cinayət silahını könüllü təqdim edib. Məlumata görə, o, həmin gün başqa bir qadına da hücum planlaşdırıb.

İstintaq prosesində saxlanılan şəxs törətdiyi əməlini etiraf edib.

Tutulan şəxsin dediyinə görə, sevgilisi ondan ayrıldığı üçün bütün qadınlardan qisas almaq qərarına gəlib.

 Qadınlara hücum edən kişinin atalığı isə bildirib ki, oğulluğu qadınlar tərəfindən sevgi ilə əhatə olunmadığı üçün belə edib:

“Onun ailəsi olmayıb. Bizimlə yaşayıb. Mənə nifrət edirdi. Bir dəfə tərbiyə etmək istədim, bıçaqla evdən qovdu. Düşünürəm ki, bu hücumların hamısı qadın sevgisindən məhrum olduğu üçündür”.

Yaxın günlərdə saxlanılan şəxs məhkəmə qarşısına çıxarılacaq.