Suraxanıda beş nəfərin yaralanması ilə nəticələnən qəza olub - FOTO/VİDEO

03:40 13-02-2020 554

Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.

HerGun.Az xəbər verir ki, “Tofaş” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində Opelin sürücüsü İntiqam Məmmədov, Tofasin sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları aparılan avtoekspertizanın sonunda bəlli olacaq.