Gürcüstandan deport edilən əcnəbilərin 30 faizi azərbaycanlılardır

13:20 13-02-2020 353

Gürcüstan ərazisində qanunsuz yaşayan azərbaycanlılar deport edilib.

Vz.ru-nun xəbərinə görə, ötən il ərzində 32 Azərbaycan vətəndaşı Gürcüstan ərazisindən çıxarılıb.

Xəbərdə bildirilir ki, keçən il ölkə ərazisindən 104 xarici vətəndaş deportasiya edilib.

Ümumilikdə, 2019-cu ildə Gürcüstana 1200 miqrant gəlib.