Röya ilə Brilliant bir-birini təriflədi, Nadir isə “ət tökdü” - FOTO

15:20 13-02-2020 23

ARB TV-də yayımlanan “Show News” maqazin verilişində iki xalq artisti bir-birinə tərif yağdırıb.

HerGun.Az xəbər verir ki, söhbət Brilliant Dadaşovanın Röya Ayxana ünvanladığı “Röyaya deyərdim ki, sən niyə belə şirinsən? Qənd qatıblar sənə?” sözləri olub.

B.Dadaşovanın tərifi R.Ayxanı dilə gətirib. Sənətçi həmkarını çox sevdiyini bildirib:

“Mən çox rahat adamam. Biləndə ki, toyu Brilliant xanım aparır, məclisə 10-15 dəqiqə daha tez gedirəm. O qədər danışıram ki, axırda o məni gülə-gülə qapıdan qovur ki, səsim batdı, çıx. Bizim Brilliant xanımla çox gözəl münasibətimiz və dostluğumuz var. Yaxşı ki, belə sənətkarımız var”. 

“Instagram”ın “Show News” səhifəsində paylaşılan süjet müğənni Nadir Qafarzadəni yarızarafat, yarıciddi qıcıqlandırıb. Məşhur iki xalq artistinin bir-birinə tərif yağdırmasını birmənalı qarşılamayıb. O, “83 kilo idim, 75 kiloya dushdüm” yazaraq, paylaşılan videomaterialı şərh edib. N.Qafarzadə rəyini gülüş “smaylik”ləri ilə bəzəyib.

Nadirin yazdığı rəyə izləyicilərdən biri “Siz də bunların səmimiyyətinə inanmırsınız?” sözlərini yazıb. Əksər sosial şəbəkə əhli isə Nadirin bu şərhini birmənalı qarşılamayıb, xalq artistlərini “dağ başına” qoyublar.

Rəşad Əliyev