Braziliya Prezidenti “Greenpeace” təşkilatını “zibil” adlandırıb

04:20 14-02-2020 402

Braziliya Prezidenti Jair Bolsonaru təbiəti qorumaqla məşğul olan məşhur “Greenpeace” təşkilatını “zibil” adlandırıb.

“Globo” xəbər verir ki, ekoloqlar “ətraf mühiti məhv edən” Prezident tərəfindən səslənən bu sözləri tərif kimi qəbul ediblər.

Qeyd etmək lazımdır ki, jurnalistlər J.Bolsonaruya “Greenpeace”in dəqiq hədəfləri, planları və büdcəsi olmayan Amazoniya üzrə yeni Şuranı tənqid etməsi ilə bağlı sual ünvanlayaraq onu özündən çıxardıblar.

“Greenpeace” nədir? Bu nə iyrənc addır? Zibildən fərqi yoxdur, növbəti sual”, - deyə ölkə rəhbəri cavab verib.