Şimali Koreyada karantin qaydalarını pozan şəxs edam edildi

05:00 14-02-2020 355

Şimali Koreyada koronavirusun tüğyan etdiyi Çindən qayıdandan sonra karantin tədbirlərinə əməl etməyən şəxs güllələnib.

“Daily Mail” xəbər verir ki, Çindən qayıtdıqdan sonra həmin şəxs karantinin tələblərini yerinə yetirmək əvəzinə ictimai hamama gedib.

Qeyd etmək lazımdır ki, Şimali Koreyada koronavirusa yoluxma halının qeydə alınmamasına baxmayaraq, ölkədə fevralın sonunadək karantin elan edilib.