Bu ölkədə işə düzələn əcnəbilər arasında azərbaycanlılar üstünlük təşkil edir

12:00 14-02-2020 421

Bu il 167 əcnəbi Qazaxıstanda işləmək üçün ölkənin Miqrasiya İdarəsinə müraciət edib.

Pkzsk.info-nun xəbərinə görə, Şimali Qazaxıstan əyalətində yanvar ayında müraciət edənlərdən ən çox Azərbaycan, Özbəkistan və Tacikistan vətəndaşları işə düzəliblər.

Miqrasiya İdarəsinin rəisi, polkovnik-leytenant Talqat Abilovun dediyinə görə, miqrantların hamısı qanuni qaydada işləmirlər.

Bəziləri ölkə ərazisində daxil olaraq, qanunsuz əmək fəaliyyəti ilə məşğul olur. Bununla bağlı 19 nəfər qanunu pozan şəxs məsuliyyətə cəlb edilib.