Ərdoğan danışdı, millət vəkilləri əlləri ilə masanı döyəclədilər - VİDEO

18:20 14-02-2020 429

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfər edib. Səfər çərçivəsində parlamentdə çıxış edən prezident maraqlı vəziyyətlə üzləşib. Belə ki, millət vəkilləri onun çıxışı zamanı tez-tez əllərini masaya döyəcləyiblər. Bəziləri bunu etiraz kimi başa düşsələr də, sonradan baş verənlərin alqışlamaq mənası verdiyi aydınlaşıb.

Qardaş ölkənin prezidenti çıxışı zamanı ABŞ-lı həmkarı Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən 28 yanvarda dünya ictimaiyyətinə təqdim edilən “Əsrin müqaviləsi” barədə də danışıb:

“Pakistanda özümüzü yad hiss etmirik. Buranı da öz evimiz bilirik. Aramızda qardaşlıq münasibəti var, əlaqələrimiz yeni deyil. Tarixi keçmişimiz var. Sizi sevməyib kimi sevəcəyik, kimə məhəbbət göstərəcəyik? Pakistan xalqının azadlıq müharibəsi zamanı etdiklərini unutmadıq. Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”.