Nişan mərasimindən qayıdan ailə qəzaya düşüb: Ölən və yaralananlar var - VİDEO

06:20 15-02-2020 468

Ağstafada minik avtomobilinin aşması bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnib.

Oxu.az bildirir ki, hadisə Saloğlu yolunda qeydə alınıb. Belə ki, “VAZ21-06” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirərək minik maşınını aşırıb.

Nəticədə avtomobildə olan sərnişin İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Digər sərnişinlər İsmayılova Gülnar Malik qızı, İsmayılov Fərrux Şöhrət oğlu, onun 7 yaşlı övladı İsmayılov Türxan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, ailə nişan mərasimindən qayıdırmış.

Hadisə yerinə Ağstafa rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.