Asqıran motosikletçi koronavirusu yaydığı üçün döyüldü - VİDEO

02:40 22-03-2020 342

Hindistanın Maharaştra ştatının Kolhapur şəhərində motosikletçi asqıran zaman ağzını örtmədiyi üçün döyülüb. Hadisə müşahidə kameraları tərəfindən çəkilib.

“Newsflare” saytının məlumatına əsasən, insident hindistanlının digər motosikletçinin yanından keçən zaman  baş verib. Belə ki, o, minik vasitəsini saxlayaraq, asqırandan koronavirusu yaymamaq üçün ağzını niyə dəsmalla tutmadığını soruşub. Söhbət qısa zamanda mübahisəyə qədər böyüyüb və sonda asqıran şəxsin döyülməyi ilə bitib.