Zlatan İbrahimoviç futbolla vidalaşa bilər

06:20 22-03-2020 24

İtaliyanın “Milan” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç 2019/2020 mövsümünün sonunda karyerasını bitirə bilər.

Bu barədə “La Gazzetta dello Sport” yazır.

Nəşr bildirir ki, 38 yaşlı isveçli ilə bu ilin qışında imzalanmış müqavilənin müddəti iyunun 30-da bitir. 

Futbolçu “Milan”ın heyətində 10 oyun keçirib, rəqibin qapısına dörd qol vurub və nəticə verən ötürmə edib.