“Xəzər” televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürəcək - VİDEO

14:00 22-03-2020 12

“Xəzər” televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürəcək.  

Bununla bağlı qərar televiziyanın Baş direktoru Murad Dadaşovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.  

Baş direktor bildirib ki, koronavirusla mübarizə tədbirlərinin işıqlandırılması və əhalinin maarifləndirilməsi ilə bağlı bütün resurslarını səfərbər edən “Xəzər” Media Holdinqi Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna da öz töhfəsini verəcək. 

Murad Dadaşov deyib ki, koronavirus pandemiyası ilə mübarizə artıq milli məsələyə çevrilib. 

“Xəzər” televiziyasının Baş direktoru onu da bildirib ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dünyada ən uğurlu nəticə əldə edən ölkələrdən biridir. Amma mübarizənin daha effektiv olması və bu bəlanın dəf edilməsi üçün sosial və iqtisadi statusundan asılı olmayaraq, hər kəs həmrəylik nümayiş etdirərək dövlətə dəstək olmalıdır.