Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı - RƏSMİ
23:40 22-03-2020 354
Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz social media hesabında yazıb.
O bildirib ki, bu günə qədər cəmi 20 345 test edilib, onların 1256-sı pozitiv çıxıb. Ümumilikdə 30 nəfər koronavirus səbəbi ilə vəfat edib ki, onlar da hamısı ahıllardır.
Nazir əhalini ehtiyatlı olmağa çağırıb.