Harvi Vaynşteyn həbsxanada koronavirusa yoluxdu

02:20 23-03-2020 29

Cinsi zorakılığa görə həbsə məhküm edilən sabiq Hollivud prodüseri Harvi Vaynşteyn həbsxanada koronavirusa yoluxub.

“Ren TV” xəbər verir ki, Vaynşteyn Nyu-York ştatında təcridxanaya yerləşdirilib.

Qeyd edək ki, Vaynşteyn Rikers adasında olarkən baş ağrılarından şikayət edib.

Bir müddət sonra onun koronavirusa yoluxduğu məlum olub.

Xatırladaq ki, 23 il müddətində həbsə məhkum edilən sabiq prodüserin ötən həftə 68 yaşı tamam olub.