Neft qiymətləri yenə ucuzlaşdı

03:40 23-03-2020 551

Londonun “ICE” birjasında “Brent” markalı neftin qiyməti 7,9%  düşərək bir barrelə görə 25,01 dollar təşkil edib.

“TASS” xəbər verir ki, “WTI” markalə neftin aprel fyuçersinin qiyməti isə 7,5% düşərək bir barrelə görə 21,06 dollar təşkil edib.

Qeyd etmək lazımdır ki, neftin qiymətləri koronavirus pandemiyası fonunda ucuzlaşır.