Bakıda 20 yaşlı qız yoxa çıxdı

12:00 23-03-2020 20

Bakıda 20 yaşlı qız itkin düşüb

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Daş Karxanası küçəsində yaşayan, 2000-ci il təvəllüdlü S.Heydərli ötən gün günorta saatlarında evdən çıxıb və daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Könül Cəfərli