Sabirabad müasir istixana kompleksi “BVB” MMC koronavirusla mübarizəyə 10 min manat ayırdı

15:20 23-03-2020 324

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi son aylarda dünyanın, demək olar ki, bütün ölkələrini cənginə alan yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasıdır.

İlham Əliyevin çağırışına dəstək olaraq Sabirabad müasir istixana kompleksi “BVB” MMC fermer təsərrüfatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 10 min manat vəsait köçürüb. 

Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.

Bu virusla mübarizə ümummilli məsələdir. Bu məsələni də öz dövlətimizə dəstək verməklə birlikdə həll etməliyik. Bununla mübarizədə Azərbaycan hökuməti əlindən gələni edir. Həyata keçirilən hər bir tədbir göz önündədir.

Vəsaitin ayrılmasında əsas məqsəd koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması, pandemiyanın iqtisadiyyatın və biznesin bir çox sahələrinə təsirini qismən də olsa, qarşılamağa dəstək olmaqdır.

Biz sahibkarlar da çalışmalıyıq ki, əlimizdən gələn dəstəyi göstərək.

Hər birimiz Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında operativ qərargahın göstərişlərini əməl etmək və dövlətimizə dəstək göstərməklə, bu bəlaya qalib gələ bilərik.