“Resant Group” MMC pandemiya ilə mübarizəyə 100 min manat ayırdı

18:20 23-03-2020 15

Ölkəmizdə hotellər və istirahət məkanlarına sahib “Resant Group” MMC koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Sosial məsuliyyət strategiyası çərçivəsində şirkət koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ­100 000 manat vəsait köçürüb.

“Resant  Group” MMC Azərbaycanda sürətlə böyüyən hotel şirkətlərindən biridir. Qrup hazırda “Ramada”, “Rich Hotel” və “Shah Palace” hotellərini idarə edir.