Koronavirusa görə Norveçdə işsizliyin səviyyəsi artdı

06:20 25-03-2020 18

Norveçdə koronavirus pandemiyası ilə bağlı böyük və kiçik firmaların əməkdaşlarının sayını azaltması səbəbindən işsizlik səviyyəsi sürətlə artır.

“NRK” teleradio şirkəti xəbər verir ki, bir neçə həftə ərzində bu göstərici 10%-ə çatıb ki bu da ölkənin müasir tarixində ən yüksək səviyyədir.

“Çərşənbə axşamı günü Norveçdə 291 min işsiz qeydə alınıb. Bu Norveçdə mövcud olan işçi qüvvəsinin 10,4%-ni təşkil edir”, - deyə məlumatda qeyd edilir.

Ölkənin Əmək üzrə idarəsinin direktoru Siqrun Voqenq bunun İkinci Dünya Müharibəsindən bu yana Norveçdə ən yüksək işsizlik göstəricisi olduğunu vurğulayıb.