İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə dünyasını dəyişdi

08:40 25-03-2020 343

İranın Bəndər-Ənzəli şəhərində din xadimi xəstəxanada koronavirusdan müalicə alan şəxslərdən birinin palatasına daxil olaraq ona “möcüzəli müsəlman dərmanı” təklif edib.

“IRNA” xəbər verir ki, molla xəstəyə həkimlərin ona kömək edə bilmədiyini bildirib.

Koronavirusa yoluxan gənc razılıq verəndən sonra, din xadimi onun maskasını çıxardaraq üzünə ətirli maye sürtüb.

Nəticədə gənc üç gündən sonra dünyasını dəyişib.

Hal-hazırda şəhər prokurorluğu həmin mollanı həbs etmək üçün xüsusi order verilməsi barədə hökümətə müraciət edib.