Arif Rəhimov “Formula-1” yarışını hansı şəraitdə təxirə salmalarından danışdı

11:00 25-03-2020 628

“Avstraliya Qran-Prisinin təşkilatçılarının timsalında biz onların nə dərəcədə çətin vəziyyətə düşdüklərini anladıq. Heç bir Qran-Pri promouteri yarışdan imtina etmək istəməzdi. Həqiqətən, mən Endryu Vestakot (Avstraliya Qran-Prisinin rəhbəri) və onun komandası üçün təəssüflənirəm. Onların yaşadıqları mənzərə dəhşətdir. Qran-Prinin son anda təxirə salınması promouter üçün fəlakətdir”.

HerGun.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib.

“Mərhələnin keçirilməsi ciddi səylər tələb edir. Bundan əlavə, Avstraliyada yarış müvəqqəti trasda keçir. Onun yaradılmasına çox vaxt, pul və güc sərf etdilər. Ancaq son anda yarışı təxirə saldılar ki, bu, əsl fəlakətdir. Digər promouterlər indi belə haldan qaçmağa çalışır.

Aydındır ki, bir çox yarışın təxirə salındığı bir vəziyyətdə, Avstraliya presedenti vəziyyəti yüngülləşdirmir, əksinə, bunu rəqiblərə izah etməyə çalışarkən mövqeyinizi daha məntiqli edir”, – deyə Arif Rəhimov bildirib.

O, “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin təxirə salınması ilə bağlı danışarkən iki gün əvvəl verdiyi qərar barədə fikirlərini çatdırıb:

“Trasda işə başlamazdan əvvəl bir qərar qəbul etmişdik. Bu, həlledici istiqamətlərdən biri idi. Əmin olmaq istəyirdik ki, gərəksiz xərc çəkməyəcəyik. Bütün pulu trasın tikintisinə xərcləməli olsaydıq, bu, tam bir fəlakət olardı və sonra yarışı keçirə bilməyəcəkdik.

Trasın tikintisinə başlamaq üçün son tarix mart ayının ortaları idi. Yarışın keçirilməsi haqqında qərar verməyimiz üçün onu bir həftə təxirə saldıq. Son gündə – trası qurmaq lazım gələndə yarışı təxirə salmaq haqda qərar qəbul etdik”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 5-7 iyun tarixlərində keçirilməli idi.

Səbuhi Musayev