Yaşlı cütlüyün “sosial məsafə” qaydasına ipli həll yolu - VİDEO

14:00 25-03-2020 640

Koronavirus səbəbindən ən çox yoluxma halının qeydə alındığı və bu xəstəlikdən ölü sayına görə dünyada ilk sıralarda yer alan İtaliyadan maraqlı görüntü yayılıb.

Kadrlarda üzü maskalı ər-arvadın “sosial məsafəni” qorumaq üçün bir metr uzunluğunda ipdən tutaraq yeridikləri görünüb.

“HaberGlobal”ın məlumatına görə, sosial şəbəkələrdə yayılan video istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.