Rusiya vətəndaşı Bakıda sörf etmək istədi, çıxılmaz vəziyyətə düşdü

18:00 21-05-2020 334

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (xilasetmə məntəqəsinin ərazisində) bir nəfərin sörf edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən Rusiya Federasiyasının vətəndaşı sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.