Bakıda ağır qəza: Avtomobillər sıradan çıxdı, sürücüləri polis apardı - FOTO

01:00 22-05-2020 352

Nəsimi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, qəza Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.  

Yolayrıcında hərəkətdə olan “Daewoo” və “Kia” markalı nəqliyyat vasitələri toqquşub.  

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillər isə deformasiyaya uğrayıb. 

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. DYP əməkdaşları hər iki sürücünü saxlayaraq Alkoqol Sərxoşluğunun Yoxlanılması Məntəqəsinə aparıb.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli