Oğrunun belinə bağladığı kəndir qırıldı, faciəvi şəkildə öldü - VİDEO

04:00 22-05-2020 20

Oğurluq etmək üçün girdiyi evin eyvanından belinə bağladığı iplə qaçmaq istədi, ancaq həyatından oldu. Dəhşətli hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.

“HaberGlobal”ın məlumatına görə, onun yıxılma anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bildirilir ki, oğru üçmərtəbəli evin eyvanından qaçmaq üçün belinə kəndir bağlayıb. Lakin yarı yolda ip qırılıb. Qonşular səsə ayılaraq, polisə xəbər veriblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.