Restorandakı dava silahlı qarşıdurma ilə yekunlaşdı - VİDEO

06:00 22-05-2020 432

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində silahı insident törədən şəxs saxlanılıb.

REN TV Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, insident restoranda əyləşən iki nəfər müştəri arasında baş verib.

Adı hələlik istintaqa məlum olmayan kişi qarşıdurma nəticəsində əlindəki tapançanın qundağı ilə mübahisə etdiyi şəxsin baş nahiyəsinə zərbə endirib. Nəticədə, silahdan atəş açılıb.

Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Dağıstan Respublikasının sakini polislər tərəfindən saxlanılıb.