Qayıqları batdığı üçün saatlarla suda qalan balıqçıların xilas anı - FOTO/VİDEO

07:00 22-05-2020 426

Qayıqları batan balıqçılar dörd saat suda qaldıqdan sonra təsadüfən xilas ediliblər.

“Daily Mail”in məlumatına görə, hadisə ABŞ-ın Florida ştatı sahilindən 12 mil məsafədə baş verib.

Bildirilir ki, Covanni Villasis və Cunior Pupo dənizdə olarkən qəfil qayıqlarının deşildiyini görüblər. Bir neçə saniyədən sonra qayıq çevrilib, balıqçılar batmaqdan canlarını zorla qurtarıblar.

Gənclər düz dörd saat suda qalıblar. Xoş təsadüf onların həyatını xilas edib.

Belə ki, başqa balıqçılar onların çevrilmiş qayığı ilə rastlaşıblar. Katerin təzəlikcə qəzaya uğradığını anlayıb, onun sahibinin axtarışını başlayıblar. Bir müddətdən sonra isə gənclər tapılıb.