Uşağını “Başqa heyvanlar” bölməsində satışa çıxartdı - FOTO

08:00 22-05-2020 328

Elan saytlarının birində “Başqa heyvanlar” bölməsinə qoyulan elan hər kəsi şoka salıb.

Belə ki, foto yerinə balaca oğlan uşağının şəkli qoyulub və bildirilib ki, valideynləri onu “mehriban insanlara pulsuz şəkildə verməyə” hazırdır.

“İnterfaks”ın məlumatına görə, elan Rusiyanın məşhur “Avito” saytında verilib.

Elanda Serqey adlı şəxs təklif etdiyi “malı” belə tərif edib:

“Kiçik ziyanverici yeni valideyn axtarır. Yalan danışmağı, kobudluq etməyi, oğurluq etməyi sevir. Böyüklərə hörmət qoymur, dərslərlə məşğul olmağı, oxumağı, evdə kömək etməyi sevmir. Bütün günü telefonla oyun oynamağı, yaxud “YouTube”a baxmağı sevir. Onu xoşbəxt edə biləcək şəxslərə pulsuz verməyə hazırıq”, - deyə elanda bildirilir.

“Avito” artıq reklamı ləğv edib.

Bildirilir ki, Sankt-Peterburq şəhərində baş verən hadisə ilə bağlı istintaq orqanları artıq yoxlamalara başlayıb.