Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı - VİDEO

09:20 22-05-2020 416

Bakıda Post Patrul Xidməti (PPX) əməkdaşlarının təqib etdiyi şəxs motosikletin altında qalmaqdan son anda xilas olub.

HerGun.Az xəbər verir ki, paytaxtın Nizami rayonu 28 May küçəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. 

Təqib edilən şəxs qəfil avtomobil yoluna qaçıb və motosiklet sürücüsünün cəldliyi nəticəsində faciənin qarşısı alınıb. 

PPX əməkdaşları qısa zamanda həmin şəxsi tuta bilib. Diqqət çəkən məqamlardan biri polisin tutduğu şəxsə badalaq vurması olub. PPX əməkdaşının hansı səbəbdən həmin şəxsi təqib etdiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli